Kimi Raikkonen daha 1 il Ferrarinin pilotu olacaq

Formula 1 komandalarından ‘‘Ferrari’’, Finlandiyalı pilot Kimi Raikkonen ilə müqavilə müddətini 2016-cı ilədək uzadıb.

335642
Kimi Raikkonen daha 1 il Ferrarinin pilotu olacaq

‘‘Ferrari’’ 35 yaşlı pilotun 2016-cı ilin sonunadək müqaviləsini uzaddıqlarını bildirib.
‘‘Ferrari’’ direktoru Maurizio Arrivabene bildirib ki, ‘‘Kimin Ferrariyi daha irəli pillələrə daşıyacağına inanırıq və güvənirik’’.
Raikkonen isə öz növbəsində "Ferrari mənim ailəmdir və pilotluq kariyeramı burada bitirmək istəyirəm’’ deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr