2015 FİVB-də yarım final matçları bu gün oynanacaq

Türkiyənin ev sahibliyində Ankarada təşkil edilən 2015 FİVB 23 yaş altı Qadınlar üzrə Dünya Çempionatında məğlubiyyət yaşamayan Türkiyə millisi bu gün yarım final matçında Yaponiya yığması ilə qarşılaşacaq.

332410
2015 FİVB-də  yarım final matçları bu gün oynanacaq

Matç Türkiyə vaxtı ilə saat 18:30-da Ankara Voleybol Salonunda oynanacaq.
Günün digər qarşılaşmaları isə Dominikan Respublikası ilə Braziliya komandaları arasında olacaq.
Qeyd edək ki, hər iki matç TRT Spor ekranlarında yayımlanacaq.
Avqustun 19-da oynanacaq final, üçüncülük, beşincilik və yedincilik matçlarının proqramı isə belədir: yedincilik matçı saat 11.00-də, beşincilik matçı 13:30-da, üçüncülük matçı 16:00-da , Final matçı isə 18:30-da oynanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr