Gənclər arasında dünya çempionatı davam edir

Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.

328765
Gənclər arasında dünya çempionatı davam edir

Braziliyanın Salvador şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı davam edir.
Gənc güləşçı qızların yarışında Azǝrbaycandan böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə Türkan Nəsirova (44 kq), Ayan Məmmədova (48 kq), Leyla Qurbanova (51 kq), Alyona Kolesnik (55 kq), Almaz İsmayılova (59 kq), Raqnetta Qurbanzadə (63 kq), Elis Monolova (67 kq) və Səbirə Əliyeva (72 kq) iştirak edirlər.
Yarışın üçüncü günündə mübarizə aparan Azǝrbaycanın gənc qızlarından ibarət yığma üzvləri Türkan Nəsirova (44 kq) və Leyla Qurbanova (51 kq) qızıl, Elis Manolova (67 kq) isə bürünc medala sahib olub.
Yarışların dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizə aparıb. Azǝrbaycanlı güləşçilər günü 2 gümüş medalla başa vurublar.
Çempionatda 63 kiloqram çəki dərəcəsində yarışan Raqnetta Qurbanzadə mübarizəyə dörddəbir finaldan başlayıb. Macarıstan və İsveçdən olan rəqiblərini məğlub edən güləşçi finala vəsiqə qazanıb. Finalda rusiyalı idmançıya uduzan R.Qurbanzadə gümüş medalla kifayətlənib.
Səbirə Əliyeva (72 kq) isə Ukrayna, Rusiya və Qazaxıstandan olan rəqiblərini məğlub edərək finala yüksəlib, finalda Yaponiya təmsilçisi ilə gərgin keçən görüşdə məğlub olub və dünya çempionatının gümüş medalına yiyələnib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr