2015 FİVB çempionatına Türkiyə ev sahibliyi edәcәk

2015 FİVB ( Beynəlxalq Voleybol Federasiyası) 23 yaş altı Qadınlar üzrə Dünya Çempionatı 12-19 avqust tarixlərində Türkiyənin ev sahibliyində Ankarada keçiriləcək.

321038
2015 FİVB çempionatına   Türkiyə  ev sahibliyi  edәcәk

12 komandanın iştirak edəcəyi çempionatda Türkiyə Millisi, Braziliya, Bolqarıstan, Çin, Dominikan Respublikası, İtaliya, Yaponiya, Kolumbiya, Kuba, Misir, Peru və Tayland kimi komandalar mübarizə aparacaq.
2015 FIVB 23 yaş altı Qadınlar üzrə Dünya Çempionatının mətbuat konfransı isə bu gün Ankarada keçiriləcək. Toplantıya Türkiyə Voleybol Federasiyasının Sədr müavini Akif Üstündağ və FIVB turnirindən məsul Slobodan Milosevic və iştirak edəcək komandaların məşqçiləri qatılacaq.
Qeyd edək ki, turnir ərzində Türk Milli Komandasının oynayacağı bütün matçlar TRT Spor ekranlarında yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr