‘‘16-cı Dünya Su İdmanları Çempionatı’’ sona çatıb

Tatarıstanın paytaxtı Kazanda təşkil edilən ‘’16-cı Dünya Su İdmanları Çempionatı’’ sona çatıb.

321031
‘‘16-cı  Dünya Su İdmanları Çempionatı’’ sona çatıb

Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) tərəfindən təşkil edilən çempionatın bağlanış mərasimi Tatneft Arena Stadionunda keçirilib.
Mərasimə, Tatarıstan prezidenti Rüstəm Minnihanov, Rusiya baş naziri Dmitri Medvedev, Macarıstan Baş naziri Viktor Orban, FINA Prezidenti Julio Maglione qatıldı.
16 gun davam edən çempionatda 190 ölkədən 2 min 923 idmançı iştirak edib.
Çempionatda Çin 15 qızıl, 10 gümüş və 10 bürünc olmaqla 35 medalla birinci, ABŞ, 13 qızıl, 14 gümüş, 6 bürünc olmaqla 33 medalla ikinci, Rusiya Federasiyası isə 9 qızıl, 4 gümüş və 4 bürünc olmaqla 17 medalla üçüncü olub.
Qeyd edək ki, ‘‘17. Dünya Su İdmanları Çempionatı’’, Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr