FİBA Avropa Kubokunun püşkatma mərasimi baş tutub

Avropa Basketbol Federasiyaları birliyinin ‘‘FİBA Avropa Kuboku’’ adı ilə keçirdiyi turnirin püşkatma mərasimi baş tutub.

314917
FİBA  Avropa Kubokunun püşkatma mərasimi baş tutub

Almaniyanın Freising şəhərində bu gün təşkil edilən püşkatma mərasimində Türkiyəni ‘‘Türk Telekom’’ və ‘‘Royal Halı Gaziantep’’ komandaları təmsil edəcək.
Qeyd edək ki, ‘‘Türk Telekom’’ püşatma nəticələrinə görə “J” qrupunda olan Finlandiyanın KTP-Basket, Polşanın Rosa və Makedoniyanın Kumanovo komandaları ilə qarşılaşacaq.
‘‘Royal Halı Gaziantep’’ komandası isə M qrupunda olan Litvanın Siauliai, Polşanın Slask Vroslav və Slovakiyanın İnter Bratislava yığmaları ilə qarşılaşacaq.
56 komandanın yarışdığı turnir oktyabrın 28-də başlayacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr