FİFA-nın yeni prezidenti gələn il seçiləcək

FİFA İcraiyyə Komitəsi müvafiq qərarı iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.

382985
FİFA-nın yeni prezidenti gələn il seçiləcək

FİFA İcraiyyə Komitəsinin üzvü Vitali Mutko FİFA-nın yeni prezidentin gələn il fevralın 26-da Sürixdə seçiləcəyini bildirib.
FİFA İcraiyyə Komitəsi müvafiq qərarı iyulun 20-də keçirilmiş növbədənkənar iclasında verilib.
Xatırladaq ki, Yozef Blatter mayın 29-da beşinci müddətə seçilsə də artıq iyulun 2-də korrupsiya qalmaqalı fonunda istefa verib.
Prezident seçkilərində namizədliyi dörd konfederasiya tərəfindən dəstəklənən UEFA rəhbəri Mişel Platininin iştirak edəcəyi gözlənilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr