Akvarium adam Karabay bayramı su altında keçirəcək

"Suyun altında ən çox yaşayan adam" adını alan, Ginnes (Guinness) rekordçusu, akvarium adam ləqəbli Cem Karabay yeni rekord üçün dənizə girib, bayramı su altında qeyd edir.

381733
Akvarium adam Karabay bayramı su altında keçirəcək

  Rekord imtahanına bir əlində Türkiyə, digər əlində Cənubi Qıbrız (KKTC) bayrağıyla gedən Karabay dünən səhər 08.50-də ona yoldaşlıq edən dalgıçlarla birlikdə dənizə düşüb.

  3 gün ərzində dənizin 6 metr altında yaşayacaq Cem Karabayın 20 iyul Sülh və Azadlıq bayramında yenə səhər saat 08.50-də sudan çıxması gözlənilir.

  Karabay doğrudan da 3 günü suyun altında keçirə bilsə, dənizdə ən çox qalan adam dünya rekordunu qırmış sayılacaq və bu yeri indiki sahibi sayılan misirli dalğıc Valaa (Walaa) Hafizdən alaraq yeni Ginnes rekordunu qazanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr