Braziliya-Meksika qarşılaşması TRT Spor ekranlarında

Copa Libertadoresdə yarım final qarşılaşmaları davam edir.

380777
Braziliya-Meksika qarşılaşması  TRT Spor ekranlarında

Turnirdə ötən gecə Argentina nümayəndəsi ‘‘River Plate’’ Paraqvay təmsilçisi ‘‘Guarani’’-ni 2-1 hesab ilə məğlub edib. Bu matçın qisas qarşılaşması iyulun 21-də baş tutacaq.
Turnirin bu günkü hissəsində isə Braziliyanın ‘‘Internacional’’  komandası ilə Meksikanın ‘‘Tigres’’ yığması qarşılaşacaq.
Matç Türkiyə vaxtı ilə saat 03:55-ə oynanacaq.
Qeyd edək ki, Braziliya-Meksika qarşılaşması TRT Spor ekranlarında yayımlanacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr