İrәm Yaman Gümüş medalın sahibi olub

Dünya Universitetlər Yaz İdman Oyunları Cənubi Koreyanın Gwangju şəhərində keçirilir.

379118
İrәm Yaman Gümüş medalın sahibi olub

Cənubi Koreyanın Gwangju şəhərində 28-cisi təşkil edilən Dünya Universitetlər Yaz İdman Oyunlarında millimiz İrem Yaman, qadınlar 62 kilo taekvondoda gümüş medalın sahibi olub.
Oyunların 10-cu günündə mübarizә edәn İrem, ilk matçında Venesuelalı rәqibi Mariafabiola Martinezi 14-0 məğlub edib. Dörddəbir finalda Avstraliyadan Brittny Skie Penglaseni 12-2 udan idmançımız yarı finalda isә İspan Marta Calvo Gomezi 2-1 hesabıyla məğlub edərək adını finala yazdırıb. İrәm final mübarizәsindә Çinli rəqibi Hua Zhangın qarşısında isә 7-6 hesabıyla mәğlub olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr