Avropa Oyunlarında 9 idman növü üzrə yarışlar keçirilir

Bu gün Bakı-2015 I Avropa Oyunlarında 9 idman növü üzrə yarışlar keçirilir.

310887
Avropa Oyunlarında 9 idman növü üzrə yarışlar keçirilir

Bu gün Bakı-2015 I Avropa Oyunlarında 9 idman növü üzrə yarışlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, yarışların 9-cu günündə 18 dəst medalın sahibi müəyyənləşəcək.
Qaliblərin adlarına 6 idman növündə aydınlıq gələcək. Daha çox – 10 dəst medalın oynanıldığı idman gimnastikası yarışlarına bu gün yekun vurulacaq.

Atıcılıqda 3, suyatullanmada 2 növ üzrə ən yaxşılar bəlli olacaq. Şosse velosipedində isə yalnız 1 dəst mükafatçılar bilinəcək.
Bundan başqa, çimərlik voleybolu və su polosunda qadınların çıxışları başa çatacaq. Kamandan oxatma, boks və voleybolda isə növbəti qarşılaşmalar baş tutacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr