Braziliyada Olimpiaya etiraz

Nümayişçilər əllərində plakatlarla Rio da Janerio küçələri boyu yürüş keçiriblər.

304244
Braziliyada Olimpiaya etiraz

  Olimpiya Parkının qurulacağı sahədə bina tikilməsiylə bağlı braziliyalılar vəziyyətə etiraz bildiriblər. Çünki braziliyalılar Olimpiya parkı bölgəsini tərk etmək məcburiyyətində qalırlar.

  Etirazçılar: "Biz Olimpiya Oyunlarına qarşı deyilik. Olimpiya Oyunlarını bəhanə edib bizi buradan köçürmək istəyənlərə qarşıyıq" deyə etirazlarını bildiriblər.

  Olimpiya Oyunlarında idmançıların qalacağı Olimpiya Parkı 2 kvadrat kilometrlik sahəyə malikdir və burada 3600 mənzilli bina tikilməsi planlaşdırılır.

  Qeyd edək ki, 2016 Yay Olimpiadaları avqust ayında Braziliyanın ikinci böyük şəhəri Rio de Janeyroda keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr