FİFA-ya prezident seçkilərinin vaxtı məlum olub

Yeni prezident dekabrın 16-sı Sürixdə seçiləcək

299313
FİFA-ya prezident seçkilərinin vaxtı məlum olub

FİFA prezidentliyinə növbədənkənar seçkilərin tarixi məlum olub. Ali futbol qurumu dekabrın 16-da Sürixdə yeni prezidentini seçəcək.
Əslində, prezident seçkilərinin tarixi gələn ay açıqlanmalı idi. Lakin daha sonra məhz dekabrda konqresin yığılması və yeni prezidenti seçməsi qərara alınıb.
Qeyd edək ki, mayın 29-da baş tutan konqresdə 5-ci dəfə FİFA prezidenti seçilən Yozef Blatter iyunun 2-də gözlənilmədən istefa verdiyini açıqlamışdı. O, yeni prezidentin seçilməsi üçün növbədənkənar iclas keçirilməsini tələb etmişdi. Ali futbol qurumu isə seçki gününə qədər Blatterin vəzifəsində qalmasını qərara almışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr