Əhməd Davudoğlundan ‘‘Eczacıbaşı Vitra" komandasına tәbrik

İsveçrənin Sürix şəhərində təşkil edilən ‘‘2015 Qadınlar üzrə Dünya Klublar Voleybol Çempionatında’’, bazar günü keçirilən final matçında ‘‘Eczacıbaşı Vitra’’ Rusiyanın ‘‘Dinamo Krasnodar’’ komandasını 3-1 hesab ilə məğlub edərək çempion olub.

269591

Qeyd edək ki, İsveçrə nümayəndəsi ‘‘Volero’’ da Braziliyanın ‘‘Rexona Ades’’ komandasını 3-0 hesab ilə məğlub edərək bürünc medal qazanıb.

Baş nazir Əhməd Davudoğlu, 2015 Qadınlar üzrə Dünya Klublar Voleybol Çempionatında qələbə qazanan Eczacıbaşı VitrA komandasını təbrik edib.

Eczacıbaşı İdman Klubunun Rəhbəri Faruk Eczacıbaşına telefonla edən Bas Nazir Əhməd Davudoğlu , komandanın əldə etdiyi uğur səbəbiylə təbriklərini çatdırıb.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr