‘‘TEB BNP Paribas’’ turniri "İstanbul Open"da keçiriləcək

Məşhur Roger Federer Türkiyədə ilk dəfə mətbuat konfransı təşkil edəcək.

252051
‘‘TEB BNP  Paribas’’ turniri "İstanbul Open"da keçiriləcək

Türkiyənin və İstanbulun ilk dəfə ev sahibliyi edəcəyi ‘‘TEB BNP Paribas’’ turniri “İstanbul Open”da keçiriləcək. Turnirin məşhur idmançısı Roger Federer, Bazar ertəsi İstanbulun ‘‘Four Seasons’’ otelində, Türkiyədə ilk dəfə mətbuat konfransı təşkil edəcək. Konfransdan sonra isə ulduz tenisçi, Türkiyə millisi Marsel İlhan ilə ilk matçını keçirəcək.
Qeyd edək ki, turnirin cütlər kateqoriyasında ilk matçlar bu gün keçiriləcək. Türkiyə milliləri Marsel İlhan və Cem İlkel bu gün Radu Albot və Dusan Lajovic cütüylə qarşılaşacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr