Basketbol Avropa Liqasında komandalar məlum olub

Basketbol Avropa Liqasında dörddǝ bir finala yüksələn komandalar məlum olub.

248396
Basketbol Avropa Liqasında komandalar məlum olub

Basketbol Avropa Liqasında dörddǝ bir finala yüksələn komandalar məlum olub.

Basketbol Türk Hava Yolları (THY) Avropa Liqası play-off dörddə bir finalının dördüncü matçının sonunda finala yüksələn komandalar müəyyən olub.
Avropa Liqasında “Fǝnǝrbaxça Ülkǝr”lə bərabər, Rusiyadan “CSKA Moskva”, İspaniyadan “Real Madrid” və Yunanıstandan “Olympiakos”, 15-17 may tarixlərində İspaniyanın paytaxtı Madriddə keçiriləcək finalda mübarizə aparacaqlar. Finala ilk olaraq “Fǝnǝrbaxça Ülkǝr” yüksəlib. Komanda, İsrailin “Maccabi Electra” komandası ilə oyununu 3-0 hesabı ilə bitirib. “CSKA Moskva” isə Yunanıstan qrupu “Panatinaikos” ilə oynadığı dördüncü matç sonunda 3-1 hesabı ilə finala vəsiqə qazanıb. Finaldakı ilk matçlarda “Fenerbahçe Ülker”, ev sahibi “Real Madrid” ilə qarşılaşacaq. “CSKA Moskva” isə “Olympiakos” ilə qarşı-qarşıya gələcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr