Taekvondo yığması tam heyətlə qatılacaq

Taekvondo yığması I Avropa Oyunlarının yarışlarına tam heyətlə qatılmaq hüququ əldə edib.

301882
Taekvondo yığması tam heyətlə qatılacaq

Taekvondo yığması I Avropa Oyunlarının yarışlarına tam heyətlə qatılmaq hüququ əldə edib.
Taekvondo Federasiyasının prezidenti Metin Şahin açıqlama verǝrǝk deyib ki, aprel üçün müəyyənləşən reytinqə əsasən, Bakı-2015-ə 8 idmançı ilə qatılacayıq. Olimpiya çəki dərəcələrinin səkkizində də Avropa ölkələri arasında ilk “14-lük”də yer aldığımızdan bu hüquqa yiyələnmişik. Yəni, birinci dəfə təşkil olunacaq qitənin ən böyük yarışına tam heyətlə qatılacağıq. İdmançılarımız iştirak etdikləri yarışlarda əldə etdikləri xallara əsasən bunu bacardılar.
Şahin yarışa qatılacaq idmançıların adlarını da açıqlayıb. İdmançılar: Görkeç Sezer (58 kq), Servet Tazegül (68), Yunus Sarı (80 kq), Ali Sarı (+80 kq), Rukiye Yıldırım (49 kq), Hatice Kübra Yangın (57 kq), Nur Tatar (67 kq) və Furkan Asena Aydındı (+67 kq).


Etiketlәr:

Әlaqәli Xәbәrlәr