Alex futbola vida etdi

Braziliyalı Alex də Souza futbol hәyatına son qoyub.

286274
Alex futbola vida etdi

Fənərbaxçanın ən uğurlu xarici futbolçusu olaraq bilinәn və azәrkeşlәr tәrәfindәn ən çox sevilәn Braziliyalı Alex də Souza futbol hәyatına son qoyub. 

Alexin yubileyindә 'Palmeiras 1999' və 'Alexin Yoldaşları' komandaları arasında oynanan matçda Palmeiras qәlәbә qazanıb.
Fənərbaxçanın Avropa Kubokları tarixində ən çox oynayan və ən çox qol vuran futbolçusu, klub tarixində ən çox forma geyən xarici futbolçu, liqa tarixində 100 qol sәrhәddini ötәn ilk xarici futbolçu kimi adların sahibi Alex də Souz, Türkiyədə yaşayarkən heykəli tikilən ilk futbolçu olaraq adı tarix sәhifәlәrinә yazılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr