"EuroChallenge" basketbol yarışları

“EuroChallenge” basketbol yarışlarında 4/1 final mərhələsinin püşkatması keçirilib.

237669
"EuroChallenge" basketbol yarışları

“EuroChallenge” basketbol yarışlarında 4/1 final mərhələsinin püşkatması keçirilib.
Bu mərhələyə vəsiqə qazanan Türkiyə təmsilçisi “Trabzonspor Medical Park” Rusiya təmsilçisi “Avtodor Saratov”-la qarşılaşacaq.
İlk oyununu mart ayının 10-da öz meydanında keçirəcək Türkiyə təmsilçisi iki gün sonra bu dəfə səfərdə rəqibi ilə qüvvəsini sınayacaq.
Əgər iki görüş sonunda 1-1 hesablı bərabərlik qeydə alınarsa bu zaman növbəti mərhələyə vəsiqənin sahibinə üçüncü görüşdə aydınlıq gələcək.
4/1 final mərhələsinin digər cütlükləri isə bunlardır:
Energia TG–JIU (Rumıniya) – Le Mans Basket (Fransa)
JSF Nanterre (Fransa) – Enel Basket Brindisi (İtaliya)
Fraport Skyliners (Almaniya) – BC Enisey (Rusiya)


Etiketlәr:

Әlaqәli Xәbәrlәr