Avropanın nəhənglərindən "Parma" 1 avroya satılıb

İtaliya 1-ci Futbol Liqası klublarından olan ‘‘Parma’’ üzlәşdiyi iqtisadi çətinliklər səbəbindәn 1 avroya satılıb.

216409
Avropanın  nəhənglərindən "Parma" 1 avroya  satılıb

İtaliya 1-ci Futbol Liqası klublarından olan ‘‘Parma’’ üzlәşdiyi iqtisadi çətinliklər səbəbindәn 1 avroya satılıb.
“Parma” 1990-cı illərdə İtaliyanın әn nüfuzlu klublarından biri olub və o illәrdә 1 dәfә Kuboklar kuboku, 2 dәfә UEFA kuboku, 1 dәfә Super Kuboku və ölkә Super kubokunu qazanıb.
“Parma”nın sahiblәri Tomasso Ghirardi və Rezart Taçi klubu Sloveniyanın “MAPI Qrupa”na simvolik olaraq 1 avroya satıblar.
Çetin bir mövsüm keçirən klub, daha əvvəl də oyunçu və texniki heyətin maaşları ödəyə bilmədiyi üçün İtaliya Futbol Federasiyasından cəza almışdı.
Qeyd edək ki, İtalyan qolçusu Antonio Cassano da maaşını ala bilmədiyi səbəbindən klubdan keçən ay ayrılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr