" Qalatasaray " " Bursaspor "la bərabərə qaldı

Türkiyə superliqasında 18-ci turun oyunlarına yekun vurulub.

205832
" Qalatasaray " " Bursaspor "la bərabərə qaldı

Türkiyə superliqasında 18-ci turun oyunlarına yekun vurulub.
ilk matç günündə azarkeşlər 2 qarşılaşma izləyib.
“Akhisar” öz meydanında “Balıkəsirspor”la üz-üzə gəlib. Görüş 2:2 hesablı bərabərliklə başaçatıb.

“Trabzonspor” “Ərciyəsspor”la qarşılaşıb. Qara dəniz təmsilçisi 2:1 hesabı ilə rəqibini məğlub edib.
İkinci oyun günündə daha üç qarşıkaşma keçirilib.
Səfərdə "Qaziantepspor"un qonağı olan "Sivasspor" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Doğma meydanda " Başakşəhər"i qəbul edən " Kasımpaşa" rəqibinə 1:0 hesabı ilə uduzub.
Lider “Fənərbaxça” səfərdə “Karabükspor”la üz-üzə gəlib. “Sarı bülbüllər” inamlı qələbəyə sevinib – 1:2.
“Beşiktaş” doğma publika önündə “Mersin İdmanyurdu”nu sınağa çəkib. “Qara-qartallar” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.
Tura “Qalatasaray” – “Bursaspor” oyunu ilə yekun vurulub. Görüşdə qalib müəyyənləşməyib - 2:2.
Türkiyə Superliqası
30 yanvar
“Akhisar” – “Balıkəsirspor” - 2:2
“Trabzonspor” – “Ərciyəsspor” - 2:1
31 yanvar
“Kasımpaşa” – “Başakşəhər” - 0:1
“Qaziantepspor” – “Sivasspor” - 1:3
“Karabükspor” – “Fənərbaxça” - 1:2
1 fevral
“Gənclərbirliyi” – “Rizəspor” - 0:2
“Konyaspor” – “Əskişəhərspor” - 0:1

“Beşiktaş” – “Mersin İdmanyurdu” - 2:1
“Qalatasaray” – “Bursaspor” - 2:2


Etiketlәr:

Әlaqәli Xәbәrlәr