"Qızıl top" üçüncü dəfə Ronaldonun

Bu gün FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

183783
"Qızıl top" üçüncü dəfə  Ronaldonun

Bu gün FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə bu ada Portuqaliya millisinin və “Real” (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldo layiq görülüb. Daha əvvəl də “Qızıl top” alan Ronaldo, bu mükafata üç dəfə layiq görülən 5-ci futbolçu olub.
Səslərin 37,66 faizini toplayan Kriştianu Ronaldo rəqibləri argentinalı Lionel Messini 15,7 faiz, alman Manuel Noyeri isə 15,72 faiz qabaqlayıb.
Xatırladaq ki, Ronaldo bu mükafata artıq üçüncü dəfədir layiq görülür. O, 2008-ci və 2013-cü illərdə də dünyanın ən yaxşı futbolçusu seçilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr