Antalyada beş yoldaşlıq qarşılaşması

“Simurq” futbol komandasının Antalyada təşkil edilən təlim-məşq prosesində dəyişikliklər olub.

181058
Antalyada beş yoldaşlıq qarşılaşması

Zaqatalanın “Simurq” futbol komandasının Antalyada təşkil edilən təlim-məşq prosesində dəyişikliklər olub.
“Simurq” toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirəcək. Qarşılaşmalar yanvarın 13-ü ilә 24-ü tarixlәri arasında təşkil olunacaq.
Baş məşqçi Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin “Əl-Eyulma” klubu olacaq. İkinci görüşdə Zaqatala təmsilçisi Albaniyanın “Partizani” kollektivi ilə üz-üzə gəlməli idi ki, onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən “Simurq” Almaniyanın “Dyusburq” klubu ilə qarşılaşacaq. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın “İrtış” və Rumıniyanın “Astra” klubları ilə olacaq. Komandanın sonuncu sparrinq rəqibi isə Ukraynanın “Volın” kollektivi olacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr