Kriştianu Ronaldu Mişel Platininin əlini sıxmaqdan imtina edib

Kriştianu Ronaldu klublararası dünya çempionatının finalından sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platininin əlini sıxmaqdan imtina edib.

156003
Kriştianu Ronaldu  Mişel Platininin əlini sıxmaqdan imtina edib

Madridin “Real” klubunun hücumçusu Kriştianu Ronaldu klublararası dünya çempionatının finalından sonra Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Mişel Platininin əlini sıxmaqdan imtina edib.
“Real” tarixində ilk dəfə Mərakeşdə keçirilən final oyununda Argentinanın “San-Lorenso” kollektivini 2:0 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının qalibi olub.
Təntənəli təltifetmə mərasimində Ronaldu Platininin əlini sıxmaqdan imtina edib. Bir qədər əvvəl UEFA-nın prezidenti 2014-cü il üçün “Qızıl top”a Almaniya millisinin tərkibində dünya çempionu olmuş Manuel Noyerin layiq olduğu fikrini bildirmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr