Qalatasarayın yeni başçısı Yarsuvat

Yarsuvat Qalatasarayın 35-ci başçısı seçilib.

171129
Qalatasarayın yeni başçısı Yarsuvat

Fövqəladə ümumi iclasda baş tutan seçkidә etibarlı 3343 sәsin 1777-sini toplayan Yarsuvat Qalatasarayın 35-ci başçısı seçilib. Rәhbәrlik üçün yarışan digәr namizәd Alp Yalman isə 1566 sәs toplaya bilib.
Klub başçısı seçilәn qalatasaray ictimaiyyətinin mәşhur simalarından 77 yaşlı Duyqun Yarsuvat, Türkiyənin qabaqcıl cinayәt hüququ professorlarından biridir. 2004-2008 illəri arası Qalatasaray Universitetinin Rektoru olan Yarsuvat, 1998-2002 illəri arasında isә Qalatasaray Klubu Divan Məclisinin da başçısı idi. Türk Cinayәt Hüququ Dərnəyinin qurucu üzvü, Beynəlxalq Cinayət Hüququ Dərnəyinin isə idarə heyəti üzvü olan Yarsuvat, hələ də Yeditepe Universiteti Hüquq Fakültəsində dərs verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr