Serbiya-Albaniya matçı yarımçıq qalıb

UEFA-nın “ən kritik matç”' elan etdiyi Serbiya-Albaniya matçı meydanda yaşanan hadisələr səbəbindən yarımçıq qalıb.

157520
Serbiya-Albaniya matçı yarımçıq qalıb

UEFA-nın “ən kritik matç”' elan etdiyi Serbiya-Albaniya matçı meydanda yaşanan hadisələr səbəbindən yarımçıq qalıb.
Matçın 41-ci dəqiqəsində uzaqdan idarə olunan təyyarə maketinə bağlanmış Albaniya bayrağının meydana daxil olmasından sonra stadionda qarışıqlıq başlayıb. Serb futbolçu Stefan Mitrovic bayrağı endirib. Albaniya Milli Komandası futbolçularının Mitrovicə müdaxilə etməsi Serb və Alban futbolçular arasında savaşa səbəb olub. Bayraq döyüşünə ehtiyat oyunçuları və azarkeşlər də daxil olunca İngilis hakim Martin Atkinson təhlükəsizlik səbəbi ilə matçı dayandırıb.
Serbiyanın Tiranadakı səfirliyi qarşısında da təhlükəsizlik tədbirləri gücləndirilib. Yaşana biləcək gərginlik səbəbi ilə çoxlu sayda polis səfirlik binası önündə asayişi qoruyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr