İstanbul Cupda Wozniacki çempion

Caroline Wozniacki, İtalyan Roberta Vinçinin 6/1 və 6/1 setlərlə 2 -0 hesabı məğlub edərək çempion olub.

66158
İstanbul Cupda Wozniacki çempion

Koza World of Sports müəssisələrinin 7500 nəfərlik mərkəz kortunda dünən oynanan TEB BNP Paribas İstanbul Cup Tennis Turnesinin final matçında turnirin 1 nömrəli lideri Danimarkalı Caroline Wozniacki, İtalyan Roberta Vinçinin 6/1 və 6/1 setlərlə 2 -0 hesabı məğlub edərək çempion olub. Oyundan sonra keçirilən mətbuat konfransında danışan Wozniacki təşkilatı dəstəkləyən sponsorlar və bir həftə boyunca onları izləyib alqışlayan bütün tamaşaçılara təşəkkür ediblər. "Mükəmməl bir təşkilat oldu. İstanbula hər gəlişimdə gözəl xatirələrim olur. İstanbulda çox xoşbəxtəm. Bu gözəl şəhərdə ilin ilk çempionluğunu qazandım. Keçmişdə Championshipsdən sonra da burada 1 nömrəyə çıxmışdım. İstanbul möhtəşəm bir şəhər olmaqla bərabər mənim üçün də çox xüsusi əhmiyyət daşıyır. Əfsanə raket Monica Selesin də mərasimdə Kubokunu Səhiyyə naziri Mehmet Müezzinoğlunun əlindən alan Wozniacki eyni zamanda 43 min dollar pul mükafatının da sahibi olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr