Polşa Rallisinde qalib müəyyən oldu

Dünya ralli çempionatının yeddinci mərhələsi olan Polşa Rallisinde qalib müəyyən oldu.

112110
Polşa Rallisinde qalib müəyyən oldu

Dünya ralli çempionatının yeddinci mərhələsi olan Polşa Rallisinde qalib müəyyən oldu. Volkswagen komandasından Fransız pilotu Sebastien Ogier rəqiblərinin qarşısında yarışı bitirərək mövsümün 5-ci qalibiyyətini əldə edib. Ogier, 2.34.02 saatlıq dərəcəsiylə bu il 5 dəfə bitmə xəttini ən qabaqda keçib. Polşada ilk dəfə xoşbəxt sona çatan Ogier kariyerindəki 21 ralli zəfərini qeyd edib. Bir digər Volkswagen pilotu Norveçli Andreas Mikkelsen Ogiernin 1 dəqiqə 7 saniyə arxasında ikinci, Hyundai komandasının Belçikalı sürücüsü Thierry Neuville isə liderdən 2 dəqiqə 13 saniyə geridə qalaraq üçüncü olub. Mövsümün səkkizinci yarışı Finlandiya Rallisi 31 İyul-3 Avqust tarixlərində keçiriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr