Braziliya yığması 3:2 hesablı qələbə qazanıb.

Braziliyada keçirilən dünya çempionatının final mərhələsində həlledici görüşlərə start verilib.

110766
Braziliya yığması 3:2 hesablı qələbə qazanıb.

Braziliyada keçirilən dünya çempionatının final mərhələsində həlledici görüşlərə start verilib. Olimpiya sistemi ilə davam etdirilən bu mötəbər yarışın artıq ilk 1/8 final qarşılaşması başa çatıb. Məşhur ingiltərəli hakim Hovard Uebbin idarə etdiyi qarşılaşmada meydan sahibləri Çili ilə üz-üzə gəlib. Oyunda hesabı braziliyalılar açıblar: 17-ci dəqiqədə David Lius fərqlənib. Amma 15 dəqiqə sonra Çili yığması buraxılan qolun əvəzini çıxıb. Aleksis Sançes dəqiq zərbəylə qolla tarazlığı bərpa edib.İkinci hissədə qapılara top vurulmadığından hər biri 15 dəqiqə olmaqla daha iki hissə oynanılıb. Lakin hesab yenə dəyişmədiyindən qalib penaltilər seriyası ilə müəyyənləşib. Penaltilərdə isə daha dəqiq olan Braziliya yığması 3:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin ¼ finaldakı rəqibi Kolumbiya – Uruqvay görüşünün qalibi olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr