UEFA və Avropa Polis Ofisi daha təsirli addımlar atacaq

UEFA və Avropa Polis Ofisi - Europol danışılmış oyunlara qarşı mübarizə aparmaq məqsədi ilə birlikdə daha təsirli addımlar atmağı qərarlaşdırıb.

75251
UEFA və Avropa Polis Ofisi daha təsirli addımlar atacaq

UEFA və Avropa Polis Ofisi - Europol danışılmış oyunlara qarşı mübarizə aparmaq məqsədi ilə birlikdə daha təsirli addımlar atmağı qərarlaşdırıb.
Bununla bağlı UEFA-nın mənzil qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində UEFA prezidenti Mişel Platini vo Europol-un direktoru Rob Wainwright tərəfindən saziş imzalanıb.
Sazişə əsasən, Europol adı danışılmış oyunlarda hallanan təşkilatların müəyyənləşdirilməsi məqsədi ilə UEFA ilə informasiya mübadiləsi həyata keçirəcək.
Platini imzalanma mərasimindən sonra verdiyi açıqlamada 2007-ci ildə bu vəzifəyə seçildikdən sonra danışılmış oyunlarla mübarizə apardığını bildirib.
O deyib ki, futbolun nəticəsi əvvəlcədən məlum olmadığı üçün bu oyun şəffaf keçirilməlidir. Rob Wainwright isə imzalanan sazişin danışılmış oyunlarla mübarizədə əhəmiyyətli addım olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr