Türkiyə Milli Komandası ilk 3 oyunda qələbə qazanıb

Avropa Çempionatının 2-ci turunun seçmə mərhələsi çərçivəsində A qrupunun 1-ci mərhələsi sona çatıb.

74474
Türkiyə Milli Komandası ilk 3 oyunda qələbə qazanıb

Belarusun Mogilev şəhərində keçirilən Voleybol üzrə qadınlar arasında Avropa Çempionatının 2-ci turunun seçmə mərhələsi çərçivəsində A qrupunun 1-ci mərhələsi sona çatıb. Türkiyə Milli Komandası ilk 3 oyunda da qələbə qazanaraq 1-ci mərhələni uğurla başa vurub. Qızlarımız Finlandiya və Danimarkanı 3-0, Belarusu isə 3-1 məğlub edərək mayın 30-dan iyunun 1-dək Izmirdə keçiriləcək 2-ci tur oyunlarından əvvəl liderliyə yüksəlib. İkinci turun başa çatması ilə qrup liderləri finalda birbaşa oynamaq haqqı qazanacaq. Qrupda ikinci yeri tutan komandalar isə finala çıxmaq üçün 3-cü seçmə mərhələsində mübarizə aparacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr