Antarktidada isti hava dalğası ilә bağlı aparılan tәdqiqat

Antarktidadakı tədqiqatçıların şort geyinməsinə səbəb olan isti temperaturla bağlı aparılan araşdırmanın nəticələri yayımlandı.

2052276
Antarktidada isti hava dalğası ilә bağlı aparılan tәdqiqat

Antarktidada isti hava dalğası ilә bağlı aparılan tәdqiqat

Antarktidadakı tədqiqatçıların şort geyinməsinə səbəb olan isti temperaturla bağlı aparılan araşdırmanın nəticələri yayımlandı.

Antarktidada havanın temperaturu mövsümi normalardan təxminən 39 dərəcə yuxarı qalxıb. İndiyə qədər qeydə alınan ən anormal istilik dalğasına iqlim dəyişikliyinin təsir payı 2 dərəcə selsi olaraq ölçülüb.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində Antarktidadakı isti hava temperaturu ilə bağlı aparılan araşdırmanın nəticələri haqqında danışacağıq.

2022-ci ilin mart ayında Antarktida qitəsində yaşanan isti havalarla bağlı araşdırma aparılıb. Araşdırma isti hava dalğasına iqlim dəyişikliyinin təsirinin az olduğunu göstərib .

ABŞ-da aparılan və ''Advancing Earth and Space Science'' (AGU) jurnalında dərc edilən araşdırmada 2022-ci ilin 18 mart tarixində Konkordia stansiyasında temperaturun 11,5 dərəcə selsiyə qədər yüksəlməsinə səbəb olan anormal istilik dalğasının səbəbləri açıqlanıb.

Araşdırma isti dalğasına iqlim dəyişikliyinin təsirinin az olduğunu, əsas səbəbin isə bölgənin təbii dəyişkənliyi olduğunu göstərib.

Fərqi ölçmək üçün simulyasiya edən tədqiqatçılar, iqlim dəyişikliyinin anomal istilərə təsirinin yalnız 2 dərəcə ətrafında olduğunu müəyyən ediblər. Tədqiqatçılar həmçinin isti hava dalğasına Avstraliyadan isti və rütubətli hava kütlələri gətirən anomal küləklərin səbəb olduğunu qeyd ediblər.

Qeyd etməliyik ki, iqlim dəyişikliyinin dəqiq rolu hələ də araşdırılır

Bu araşdırma isti atmosferin temperaturun artmasında böyük rol oynamadığını göstərsə də,  iqlim dəyişikliyinin dəqiq rolu hələ də araşdırılır.

Alimlər həmçinin hesab edirlər ki, iqlim dəyişikliyinin qitəyə isti hava kütlələri gətirən anomal küləklərlə də əlaqəsi ola bilər.

 



Әlaqәli Xәbәrlәr