İtaliyanın "ağıllı adası" Aralıq dənizindəki digər adalara nümunədir

''Həyatın maraqlı anları'' proqramının bü günkü hissəsində İtaliyanın “ağıllı adası” olan Kapraya adası haqqında danışacağıq.

2039301
İtaliyanın "ağıllı adası"  Aralıq dənizindəki digər adalara nümunədir

İtaliyanın "ağıllı adası" Aralıq dənizindəki digər adalara nümunədir

İtaliyanın "ağıllı adası" təcrübələri ilə Aralıq dənizi üçün nümunədir.

Elektrik ehtiyacının yüz faizinin bərpa olunan enerji ilə ödəndiyi, organin məhsulların yetişdirildiyi və balıqçılıq fəaliyyətlərinin həyata keçirildiyi Kapraya adası təcrübələri ilə Aralıq dənizindəki digər adalara nümunədir.

''Həyatın maraqlı anları'' proqramının bü günkü hissəsində İtaliyanın “ağıllı adası” olan Kapraya adası haqqında danışacağıq.

İtaliyanın Toskana bölgəsində yerləşən və elektrik ehtiyacının yüz faizinin bərpa olunan enerji ilə ödəndiyi, organin məhsulların yetişdirildiyi və balıqçılıq fəaliyyətlərinin həyata keçirildiyi Kapraya adası bu mövzulardakı təcrübələri ilə Aralıq dənizindəki digər adalara nümunədir.

Materikdən 30 kilometr uzaqlıqdakı adada başladılan  Smart Island Capraia layihəsi çərçivəsində ada sakinləri elektrik enerjisini bərpa olunan enerji mənbələrindən istehsal edir, kənd təsərrüfatında və evlərdə istifadə üçün yağış sularını yığır,adada əkinçilik və balıqçılıq fəaliyyətini organik şəkildə həyata keçirməyə çalışırlar.

Materikdən uzaqda olduğu üçün üzun illər ərzində məhbusların göndərildiyi və açıq həbsxana kimi istifadə edilən ada 1986-cı ildən sonra ziyarətçilərin üzünə açılıb.

Materikdən adaya uzanan elektrik şəbəkəsi olmadığı üçün bu əlverişsiz vəziyyət üstünlüyə çevrilərək adanın enerji ehtiyacını bərpa olunan mənbələrdən ödəmək üçün addımlar atıldı.

Bu məqsədlə Şimali Avropadan gətirilən yağlı bitkilərdən biodizel əldə olunaraq enerjiyə çevrildi, bələdiyyə tərəfindən adanın müxtəlif yerlərində günəş panelləri yerləşdirildi.

Adada ümumi tutumu 126 min kubmetr olan iki tarixi su hövzəsi yağış suyunun yuğılması üçün istifadə olunur.

Ağıllı adada süni balıq istehsalında antibiotiklərdən istifadə edilmədiyi üçün Smart Island Avropa İttifaqının (AB) orqanik sertifikatına malikdir.

Smart Island Capraia layihəsi davamlılıq və dairəvi iqtisadiyyat model sayəsində Avropa Komissiyası tərəfindən mükafatlandırılıb. 1980-1990-cı illərdə ada ziyarətçilərin üzünə açıldığı zaman adanın yerli əhalisi investisiyaları rədd edərək adanın təbiətini və biomüxtəlifliyini qorudu. Bu səylər sayəsində illər ərzində balıq ovlayan qartallar və Aralıq dənizi suitilərinin adaya qayıtdığı müşahidə edilib.



Әlaqәli Xәbәrlәr