Avropada elektromobil və hibrid avtomobillərin satışı kəskin artıb

Avropa bazarında elektrikli nəqliyyat vasitələrinin payı sürətlə böyüyür.

1901788
Avropada elektromobil və hibrid avtomobillərin satışı kəskin artıb

Avropa İttifaqında (Aİ) elektriklə işləyən avtomobillərin ümumi bazarda payı bu ilin üçüncü rübündə 11,9% faizə çatıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) 2022-ci ilin üçüncü rübündə Aİ ölkələrində yanacaq növləri üzrə yeni avtomobil satışına dair  hesabatında bu barədə məlumat verilib. Bildirilib ki, avrozonada satılan avtomobillərin 37,8%-i benzin, 22,6%-sı hibrid, 16,5%-i dizel, 11,9%-u elektromobil (BEV), 8,5%-i isə hibrid (PHEV), 2,5%-i digər yanacaqlar və 0,2%-isə  təbii qazlı olub.

Üçüncü rübdə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektromobil avtomobil satışları 22% artaraq 259 min 449, hibrid satışları isə 6,9% artaraq 492 min 11 ədəd olub.

Bu da göstərir  ki sözügedən dövrdə Aİ ölkələrində elektrik və müxtəlif hibrid avtomobillərin bazarda ümumi payı 43% faizə çatıb.

 



Әlaqәli Xәbәrlәr