30-cu Ağıllı Nəqliyyat Sistemləri beynəlxalq konqresi
Sentyabrın 16-da başlayıb 20-dək davam edəcək konqresdə 20 mindən çox nümayəndə və 800-dən çox məruzəçi iştirak edir
2187927
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində 30-cu Ağıllı Nəqliyyat Sistemləri beynəlxalq konqresi öz işinə başlayıb.
Sentyabrın 16-da başlayıb 20-dək davam edəcək konqresdə 20 mindən çox nümayəndə və 800-dən çox məruzəçi iştirak edir.
“Ağıllı nəqliyyat sistemləri ilə təkmilləşdirilən mobillik” mövzusuna həsr olunmuş tədbirin təşkilatçıları Avropanın ERTİCO, ABŞ-ın “İTS America” və Asia-Sakit Okean regionunun əhatə edən “İTS Asia-Pacific”dir.
Konqres çərçivəsində keçiriləcək 200 ixtisaslaşmış sessiyada nəqliyyatın intellektual idarəetməsi sahəsində ən son yeniliklər, o cümlədən şəhərdaxili mobilliyin təmini, logistika, ekoloji cəhətdən təmiz və pilotsuz nəqliyyat sistemləri üzrə innovasiyalar nümayiş etdiriləcək.