Kredit kartı ölçüsündə smartfon təqdim edildi

Yaponiyanın “Kyocera” şirkəti dünyada ən nazik telefon adına iddia edən yeni “KY-O1L” smartfonunu təqdim edib.

1071859
Kredit kartı ölçüsündə smartfon təqdim edildi

Məlumata görə telefon aparatının qalınlığı 5,3 millimetr təşkil edir, ölçüsü isə bank kartının ölçüsü ilə müqayisə edilə bilər. Sözügedən smartfonun çəkisi 47 qramdır.

Smartfon 2,8 düym diaqonallı ağ-qara displey, həmçinin 380 milliamper/saat tutumlu akkumulyatora malikdir. Bundan başqa, yeni model “LTE” texnologiyasını dəstəkləyir. Qurğuda kamera və proqramlar mağazası yoxdur, ancaq bu modelin sahibləri brauzer vasitəsilə internetə çıxa bilər.

Bir ay ərzində bazara çıxarılacaq aparatın 284 dollara satılacağı proqnozlaşdırılır.

 



Әlaqәli Xәbәrlәr