Yaşlanmağın qarşısını alan dərman

Hollandiyada Erasmus Universitetində vəzifəli elm xadimləri yaşlanmağın qarşısını alan dərmanı müvəffəqiyyətlə test edib.

699638
Yaşlanmağın qarşısını alan dərman

Hollandiyada Erasmus Universitetində vəzifəli elm xadimləri yaşlanmağın qarşısını alan dərmanı müvəffəqiyyətlə test edib.

"Cell" jurnalında nəşr olunan məqalədə elm xadimlərinin dərmanı siçanların üzərində uğurla sınaqdan keçirdikləri bildirilib.

Məqalədə qeyd olunub ki, mütəxəssilərə görə, yaş alan insanın toxumalarında gedərək yığılan yaşlanan hüceyrələr artrit (bədən tərəfindən əmələ gətirilən, oynaqlarda meydana gələn iltihablı bir vəziyyət) və diabet (şəkər) kimi xəstəliklərə səbəb olur.

Məqalədə hollandiyalı araşdırma qrupunun ixtira etdiyi “gənclik iksirinin” isə bu hüceyrələri yox etdiyi və bu sayədə yaşlanma prosesinin tərsinə döndüyü qeyd edilib.

Dərmanın tərkibində yaşlanan hüceyrələrdə özlərini yox etmə impulsu oyandıran peptid maddəsi var.

Dərman verilən yaşlı siçanların fiziki dayanıqlılıqlarının artdığı müşahidə edilərkən, siçanların qaçış çarxında daha çox vaxt keçirməyə başladıqları müəyyən edilib.

Ayrıca siçanların bu zaman qət etdikləri məsafə “gənclik iksiri” veriləndən sonra iki qat artıb.

Elm xadimləri siçanların daxili orqanlarının funksiyalarında da yaxşılaşma olduğunu, heyvanların tüklərinin də müəyyən səviyyədə düzəldiyinin dəqiqləşdirildiyini bildiriblər.

Araşdırmaçılar ixtira edilən dərmanın xərçənglə mübarizədə təsirli ola biləcəyini vurğulayırlar.

Dərmanın gələcəkdə insanların üzərində də sınanması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr