Ulduz qara dəliyin içində yox oldu

Alimlər kosmosda bir ulduzun qara dəlik içində yoxa çıxdığını ilk dəfə olaraq bütün anlarıyla qeydə alıblar.

695920
Ulduz qara dəliyin içində yox oldu

  Amerika Birləşmiş Ştatları Kosmos və Havaçılıq Dairəsi (NASA) uzaq bir qalaktikada günəşə bənzər ulduzun nəhəng qara dəlik tərəfindən udulduğu göy hadisəsinin optik və tünd bənövşəyi rənglərlə təsbit edildiyini açıqlayıb.

  Məlumata görə, günəşə bənzəyən ulduz günəşdən 13 dəfə böyük qara dəliyə çox yaxınlaşınca girdaba düşərək qara dəliyin yüksək cazibə qüvvəsiylə parçalanana qədər gedib.

  Qara dəlik ulduzun böyük hissəsini udarkən parçalanan hissələr orbitdə daim fırlanan disk içində bir-birinə dəyərək yox olub.

  Araşdırmanın nəticələri "The Astrophysical Journal Letters" jurnalında dərc edilib.  


Etiketlәr: #Ulduz qara dəlik

Әlaqәli Xәbәrlәr