TRT-dən növbəti yenilik

Dünyada bir çox yayım təşkilatından əvvəl 4K yayım infrastrukturunu quran Türkiyə Radio Televiziya Qurumu ilk ümumi yayımını həyata keçirir.

394764
TRT-dən növbəti yenilik

Dünyada bir çox yayım təşkilatından əvvəl 4K yayım infrastrukturunu quran Türkiyə Radio Televiziya Qurumu ilk ümumi yayımını həyata keçirir.
4K yayımlara özəl kanalını fevral ayı Türksat 2A üzərindən fəaliyyətə başladan TRT, oktyabrın 22-də “Fənərbaxça” ilə “Ayax” arasında oynanılacaq UEFA Avropa Liqası qarşılaşmasını 4K vasitəsi ilə yayımlayacaq.
Avropa Yayımları Birliyi (EBU) qarşılaşmanı TRT 4K üzərindən bütün dünyaya 4K olaraq göstərəcək.
Bununla bağlı İstanbulda təşkil olunan mətbuat konfransında TRT-nin baş direktorü Şenol Göka bu uğuru dəyərləndirib və bildirib ki, bu uğur bizi daim irəli aparır.
Göka TRT-nin, TV yayımcılığındaki inkişafın radioyaya da tətbiq etməyə hazır olduğunu açıqlayıb.
TRT-nin Digital Audio Broadcasting (DAB) standardında yayım həyata keçirən bütün texniki imkanlara sahib olduğunu bildirən baş direktor Göka radio və mobil telefon istehsal edənləri də DAB standartını dəstəkləyən cihazlar istehsal etməyə çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr