Türkiyədə gombulların sayı artır

Türkiyədə kök insanların sayı durmadan artır.

385883
Türkiyədə gombulların sayı artır

Türkiyə Statistika Qurumu - TÜİK  2014-cü ilə aidTürkiyə Sağlamlıq Tədqiqatının nəticələrini açıqladı.

Tədqiqata görə, şişman fərdlərin nisbəti 0,20 faizə yaxınlaşıb, yəni Türkiyədə hər 5 nəfərdən biri şişmandır.

Köklük faizi qadınlarda daha yüksəkdir. 15 yaşdan böyük olanların 33,7 faizi artıq kiloqramlar daşıyır.

Tədqiqat 0-6 yaş qrupu uşaqlarında yuxarı tənəffüs yolları infeksiyasının çox yayıldığını aşkar etdi.

Daha sonra, müvafiq olaraq, 33,2 faiz ilə ishal, 10,8 faiz ilə anemiya, 10,1 faiz ilə aşağı tənəffüs yolları infeksiyası müşahidə olunur.

Ağız və diş sağlamlığı da Türkiyədə tez-tez rast gəlinən sağlamlıq problemidir.

Xüsusilə, 7-14 yaş qrupundakı uşaqların 24,6 faizində ağız və diş sağlamlığı problemi var.

Yaş artdıqca bel və boyun bölgəsi problemləri də artır.

15 yaş və daha böyük insanların 0,33 faizində bel, 21,3 faizində isə boyun bölgəsi problemləri vardır.

Türkiyədə, həmçinin, hər 2 nəfərdən biri təzyiq, 37,6 faizi qan şəkəri, 34,4 faizi isə xolesterin səviyyəsini müntəzəm olaraq ölçdürür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr