Dişləri necə ağ tuta bilərik

Çay, qəhvədən sonra dünyada ən çox istifadə olunan içkidir. Çay dişlərin rənginə güclü təsir edir.

332644
Dişləri necə ağ tuta bilərik

Çay nə qədər çox dəm alıb oksidləşsə, onun boyayıcı xüsusiyyətləri bir o qədər yüksək olur. Kanadanın Alberta Universiteti nəzdində stomatologiya məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, süd qatılmış çay bu içkinin dişlərin rəngini dəyişmək xüsusiyyətini zəiflədir.
Kazein (südün tərkibindəki əsas zülal) çayın boyama xassələrinin böyük hissəsinə cavab verən dubil maddələri əlaqələndirir və dişlərin rəng almasının qarşısını alır. Plombalı, kariyes əlaməti, yaxud aşkar çat və qopuq yerləri olan dişləri istisna ediblər. Eksperiment zamanı dişlər 24 saat müddətinə 37˚C temperaturda adi çay və südlü çay məhlullarının içinə qoyulub. Sonra yenə də rəngləri qeydə alınıb. Nəticələr göstərib ki, südün tərkibindəki kazein çayın boyama xüsusiyyətini zəiflədib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr