Oruc tutanlara tövsiyyə : "Günorta saatlarında mütləq yatın"

İki saatlıq gündüz yuxusu infarkt keçirmə riskni azaldır.

324183
Oruc tutanlara tövsiyyə : "Günorta saatlarında mütləq yatın"

Ramazan ayının yay fəslinə təsadüf etməsi isti havalarda oruc tutarkən daha diqqətli olmağı tələb edir.
Ürək-damar Cərrahiyyəsi Şöbəsinin Müdiri prof. Bingür Sönməz Ramazanda iki saatlıq gündüz yuxusunun orqanizmdə su və elektrolit itkisinin qarşısını alacağını və metabolizm prosesinə yaxşı təsir eedəcəyini söylədi. Sönməz: “Günorta yuxusunu alanların bu saatda yatmayanlara görə infarkt keçirmə riski yarıya qədər düşür” dedi.
Prof. Sönməz son 33 ilin ən uzun Ramazan ayını yaşadığımızı vurğulayaraq oruc tutan insanların bu il daha diqqətli olmalarının vacibliyini bildirdi: “Bədəndə su və duz itkisi səbəbindən sağlam insanlarda belə qan təzyiqi, ürək aritmiyası, ürəkgetmə və qan şəkərininin düşməsi kimi problemlər ortaya çıxa bilər. Bunun üçün mütləq gündüz yatmağı tövsiyyə edirik”. 
Günorta saatlarında iki saatlıq yuxunun son dərəcə rahatladıcı olduğuna diqqət çəkən prof. Sönməz: “Yuxuda bədən ilə birlikdə ruh da dincəlir. Ruhi gərginlk vücudda zərərli hormonların çoxalmasına səbəb olur, bu isə infarkt riskini artırır” dedi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr