Türkiyədə elektrik istehsal edən cihaz hazırlanıb

Dəniz dalğalarından istehsal olunan enerji, digər enerji qaynaqlarına nisbətən daha ucuz başa gəlir

261345
Türkiyədə elektrik istehsal edən cihaz hazırlanıb

Türkiyədə dəniz dalğalarından elektrik istehsal edən cihaz hazırlanıb.
Cihaz dəniz və okean dalğasını elektrik enerjisinə çevirir.
Dalğaların təsiriylə davamlı hərəkət edən borulardan vurulan su, dəniz sahilində yerləşdirilən anbarlara axıdılır və elektrik istehsal olunur.
Dəniz dalğalarından istehsal olunan enerji, külək və digər enerji qaynaqlarına nisbətən daha ucuz başa gəlir.
Xatırladaq ki, prezident Ərdoğanın İsveç səfərində bənzər bir cihaz diqqətini çəkmişdi və Türkiyədə də belə bir cihazın hazırlanması təlimatını vermişdi. Yeni cihaz 2020-ci ildə istifadə olunacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr