Arılar insanlar kimi üstün zəkaya sahib

Arılar obyektlər arasındakı əlaqələri anlayır

283100
Arılar insanlar kimi üstün zəkaya sahib

Arılar insanlar kimi üstün zəkaya sahib
Alimlər iynə başı qədər beyni olan arıların insanlar kimi üstün zəkaya sahib olduğunu, hətta 1 saat içində obyektlər arasındakı əlaqələri anladıqlarını qeyd edir.
Fransız alim Aurore Avargues-Weber , arıların insan üzünü tanıdığını ortaya çıxaran araşdırmasıyla dünyada elmi işlərə imza atan qadınları cəsarətləndirmək məqsədiylə 2015 UNESCO Beynəlxalq Təqaüd Proqramı çərçivəsində mükafata layiq görüldü.
Fransanın Tuluza Universitetindən Dr. Avargues-Weber arıların 1 saat ərzində daha böyük obyektlər arasındakı əlaqələri anladığını, hətta ədədləri ayırd etdiyini ifadə etdi.
Arıların beynindən yola çıxaraq ,insan beyninin və zəkasının elmi araşdırmalarda daha yaxşı aydın olacağını vurğulayan Dr. Avargues-Weber, nəticələrin süni zəka çalışmalarına işıq tutacağını qeyd etdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr