Nar daha faydalıdır

2014-cü ildə ən çox tədqiq edilən meyvələrin reytinqində nar birinci yeri tutub.

217513
Nar daha faydalıdır

Böyük Britaniyanın Oksford Universitetinin alimləri 193 tədqiqatın yekun təhlili əsasında müəyyən ediblər ki, nar ikinci tip şəkərli diabet ilə mübarizəyə kömək edir, bağırsaq xərçəngində, prostat vəzisinin xərçəngində profilaktik vasitə rolu oynayır.

Nardan sistematik istifadə etmək orqanizmin fiziki göstəricilərini yaxşılaşdırır.

Sübut edilib ki, nar şirəsi və cövhəri sağlamlığı möhkəmləndirir və müalicəvi xüsusiyyətlərə malikdir. Nar şirəsinin tərkibinə böyük miqdarda antioksidantlar daxildir. Nar meyvəsinin tərkibində bağırsağın işini yaxşılaşdıran taninlər (büzüşdürücü maddələr) və antioksidant xüsusiyyətləri ilə zəngin polifenollar var. Hər iki maddə qanda “zərərli” xolesterinin qatılığını aşağı salır. Nar dənələrinin tərkibində çoxlu sellüloz var və bu, demək olar ki, kalorisizdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr