Təhsil nazirlərinin üçüncü görüşü sona çatıb

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.

208780
Təhsil nazirlərinin üçüncü görüşü sona çatıb

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilib.
Toplantıda Türkiyǝni Milli Tǝhsil naziri tǝmsil edib.
Nazir, toplantıdan öncǝ Ali Tǝhsil Şurasının sǝdri Yékta Saraç ilǝ birlikdǝ Azǝrbaycanın mǝrhum Prezidenti Heydǝr Әliyevin abidǝsini ziyarǝt edib.
Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Daha sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov çıxış edərək bu konfransın keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu bildirib.
Təhsil naziri Mikayıl Cabbarov isə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar, əldə edilən uğurlar və qarşıda duran məsələlər barədə ətraflı məlumat verib.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunub.
Qeyd edǝk ki, Nabi Acvı, Bakıdakı görüşlǝri çǝrçivǝsindǝ Türk Anadolu liseyini dǝ ziyarǝt edib.
Avcı, orda TİKA-nın dayaq olduğu “Hǝr Mövsüm Bir İşıq” layihǝsi çǝrçivǝsindǝ Әhmǝd Cavad İnşaa müsabiqǝsi mükafatı mǝrasiminǝ qatılıb.
Nazir, Azǝbaycan Diplomatik Akademiyasını da ziyarǝt edib, ardından Azǝrbaycan Baş nazirin müavini Abit Şǝrifov ilǝ görüşüb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr