"Dayanmış ürək"lə köçürülmə əməliyyatı

Avstraliyada ilk dəfə "dayanmış ürək"lə köçürülmə əməliyyatı keçirilib.

170581
 "Dayanmış ürək"lə köçürülmə əməliyyatı

Avstraliyada ilk dəfə "dayanmış ürək"lə köçürülmə əməliyyatı keçirilib.
Sidneydəki xəstəxanalardan birində tətbiq olunan yeni texnika vasitəsilə, təxminən 20 dəqiqə döyünməyən bir ürək, "ürək qutusu" olaraq bilinən cihazda canlandırıldıqdan sonra xəstəyə nəql edilib.
Xəstə 57 yaşlı Mişel Gribilas, əməliyyatın üzərindən iki ay keçməsinə baxmayaraq özünü çox daha gümrah hiss etdiyini və fərqli biri olduğunu söyləyib.
Tətbiq olunan texnikanın canlandırma qutusuna qoyulan dayanmış ürək, isti yerdə saxlanılır və ritmə döndürülür.
Michelle Gribilasdan sonra eyni üsulla daha iki uğurlu əməliyyat aparılıb.
Köçürmǝ əməliyyatlarında “ürək”, beyni ölmüş ancaq ürəyin hələ də döyündüyü insanlardan alınır və təxminən 4 saat buz üzərində saxlandıqdan sonra xəstələrə köçürülür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr