Maraqlı tәbiәt hadisәsi

Ayın qırmızı rəngə bürünməsi ilə "qanlı ay" olaraq adlandırılan maraqlı təbiət hadisəsi müşahidə olunub.

151811
Maraqlı tәbiәt hadisәsi

Ayın qırmızı rəngə bürünməsi ilə "qanlı ay" olaraq adlandırılan maraqlı təbiət hadisəsi Şimali Amerika, Cənubi Amerikanın qərbi və Şərqi Asiyada müşahidə olunub. Nadir hallarda müşahidə olunan qanlı ay tutulması tutulmanın gün doğumu və ya gün batımı ilə üst-üstə düşdüyü vaxt baş verir. Bu hadisə əsnasında əvvəlcə dünyanın kölgəsinə girən ay daha sonra bu kölgədən çıxarkən qırmızı rəngin fərqli tonlarını əks etdirir. Ayın bu vaxt qırmızı rəng aldığı üçün "qanlı ay" olaraq adlandırılır. Tutulma zamanı günəş doğularkən ay batır. "Selenelion" adı verilən bu hadisədə günəş və ay eyni dəqiqələr içində səmada görülür.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr