Neptun böyüklüyündə olan bir planetdə su olduğunu aşkar edilib

Elm adamları kosmik fəzanın dərinliklərində Neptun böyüklüyündə olan bir planetdə su olduğunu aşkar ediblər.

139517
Neptun böyüklüyündə olan bir planetdə su olduğunu aşkar edilib

Elm adamları kosmik fəzanın dərinliklərində Neptun böyüklüyündə olan bir planetdə su olduğunu aşkar ediblər. "Nature" jurnalında yayımlanan açıqlamada dünyadan 24 işıq ili uzaqlıqdakı “Qu quşu sıra ulduzlarına”na aid ulduzun orbitində aşkar edilən və HAT P-11b adı verilən planetin atmosferində su buxarına rast gəlindiyi bildirilir. ABŞ-ın Maryland Universitetinin araşdırmaçıları NASA-ya aid teleskoplar vasitəsilə apardıqları tədqiqatlar zamanı planetin Yer kürəsindən dörd dəfə böyük olduğunu bildiriblər. Alimlər planetin atmosferinin 90 faizinin hidrogendən və əhəmiyyətli dərəcədə su buxarından meydana gəldiyini açıqlayıblar. Açıqlamada o da bildirilir ki, HAT P-11b adı verilən planet həddən artıq isti olduğuna görə həyat əlamətləri yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr