BMT: ''Sudanda mülki vәtәndaşlara hücum edilir''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi vətəndaş müharibəsinin davam etdiyi Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinin mərkəzi Faşirdən dəhşətli xəbərlər gəldiyini ifadә edib.

2143578
BMT: ''Sudanda mülki vәtәndaşlara hücum edilir''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi vətəndaş müharibəsinin davam etdiyi Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinin mərkəzi Faşirdən dəhşətli xəbərlər gəldiyini ifadә edәrәk  mülki vәtәndaşlara qarşı hücumların törәdildiyini açıqlayıb.

Rәsmi internet sәhifәsindә paylaşım edәn Filippo Qrandi deyib: "Sudanda mülki vәtәndaşlara qarşı zorakılıq aktlarına son qoyulmalıdır. Mülki əhalinin təhlükəsizlik hüququna hörmət edilməlidir. İndi atəşkəsə ehtiyac var".

2023-cü ilin aprel ayının ortalarında başlayan və Sudanın əksər əyalətlərində davam edən müharibədə ordu şimal və şərq əyalətlərində, müqavimәt qüvvәlәri  (HDK) isə qərb və cənub əyalətlərində öz mövcudluğunu davam etdirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Sudanda baş verən qarşıdurmalar nəticəsində 16 mindən çox insan həyatını itirib, təxminən 8,7 milyon insan yurd-yuvalarından didərgin düşüb və 25 milyondan çox insan humanitar yardıma möhtacdır.


Etiketlәr: #qarşıdurma , #Sudan , #BMT

Әlaqәli Xәbәrlәr